ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

DİM I və IV qruplar üzrə qəbul imtahanı ilə əlaqədar canlı yayım edəcək.

 

Bu gün saat 16:00-da DİM-in  “Facebook” səhifəsi vasitəsilə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanları ilə əlaqədar canlı yayım ediləcək. Canlı yayımda Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları və sualların düzgün cavabları ilə bağlı geniş məlumat veriləcək.

Canlı yayım zamanı sizi maraqlandıran sualları müvafiq postun altına yaza və ya info@dim.gov.az elektron poçtuna göndərə bilərsiniz.

Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. İmtahan tarixi, bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi qeyd olunmalıdır.

Qeyd edək ki, bugünkü imtahanda istifadə olunan qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları canlı yayım zamanı təqdim olunacaq.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...