ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

2021/2022-ci tədris ilində İcma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərəcək.

 ​Təhsil Nazirliyinin yaydığı məlumata əsasən 2021-2022-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərəcək.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək. Layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək. 

776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...