ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

Ali təhsil müəssisələrinə qəbul olunmuş abituriyentlərin nəzərinə!

Təhsil Nazirliyi və DİM-in yaydığı məlumata görə ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin qəbul olduqları təhsil müəssisələri üzrə qeydiyyatın vaxtı uzadılıb.

Məlum olduğu kimi, ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada sentyabrın 7-dən 20-dək portal.edu.az platforması vasitəsilə aparılır.

Qəbul olunan abituriyentlərin bir qisminin qeydiyyatdan keçmədiyi nəzərə alınaraq qeydiyyat prosesi 23 sentyabr günorta saat 12:00-dək uzadılmışdır.  Qəbul olunan abituriyentlər qeyd olunan tarixədək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. 

Abituriyentlər qeydiyyat zamanı tələb olunan sənədlər və digər məsələlərlə bağlı Təhsil Nazirliyindən məlumat ala bilərlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcəkdir.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...