ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

DİM IX sinif üzrə buraxılış imtahanlarının vaxtını açıqladı

 

✅ 16.04.2022

Sabunçu, Sumqayıt (I hissə), Gəncə (Kəpəz), Qax, Balakən, Lənkəran, Ağdam, Tərtər, İsmayıllı, İmişli, Qusar, Biləsuvar, Gürcü bölməsində təhsil alanlar.

✅ 17.04.2022

Binəqədi, Səbail, Abşeron (I hissə), Gəncə (Nizami), Oğuz, Zaqatala, Astara, Ağcəbədi, Şamaxı, Saatlı, Şabran, Siyəzən, Xızı.

✅ 23.04.2022

Qaradağ, Yasamal, Sumqayıt (II hissə), Goranboy, Naftalan, Tovuz, Cəlilabad (I hissə), Beyləqan, Ağdaş, Ağsu, Şirvan, Xaçmaz (I hissə), Qobustan, Hacıqabul. 

✅ 24.04.2022

Xəzər, Xətai, Abşeron (II hissə), Mingəçevir, Şəmkir, Masallı (I hissə), Füzuli, Ucar, Zərdab, Neftçala, Quba (I hissə)

✅ 30.04.2022

Nəsimi, Nərimanov, Naxçıvan MR, Göygöl, Daşkəsən, Qazax, Gədəbəy, Cəlilabad (II hissə), Lerik, Şəki, Bərdə, Göyçay, Sabirabad, Xaçmaz (II hissə).  

✅ 01.05.2022

Suraxanı, Nizami, Pirallahı, Samux, Ağstafa, Masallı (II hissə), Yardımlı, Qəbələ, Yevlax, Kürdəmir, Salyan, Quba (II hissə), *Bakı xüsusi məktəblər, Çilov, ingilis və fransız bölmələrində təhsil alanlar. 


Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda)  yuxarıdakı qrafikə uyğun verəcəklər. 

Qeyd 2: Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Masallı, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, "hissə"lərlə adlandırılıb. Həmin gün hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat imtahandan 10 gün əvvəl DİM-in saytında yerləşdirilən qrafikə əlavə ediləcək.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis və fransız dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin  şagirdləri üçün imtahan mayın 1-də, keçiriləcək. Gürcü bölməsi üzrə məzun olanlar isə imtahanı aprelin 16-da verəcəklər.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...