ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi başlayır.

Aprelin 18-dən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə start verilir. Müsabiqə Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Qarşılıqlı yerdəyişmə üçün istifadəyə verilən sayt tədris ili ərzində aktiv olacaq və namizədlər bu müddət ərzində sayta daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat və saytın istifadə qaydalarına dair təlimat videosuna aşağıdakı linkə daxil olaraq baxa bilərsiniz:

https://youtu.be/UzutAmMm7T0

Qeyd edək ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində əsas iş yeri üzrə müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər. Müsabiqədə iştirak etmək üçün namizədlərin müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin minimum 30 bal olması vacibdir.

Əlavə olaraq, müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi ilə bağlı yarana biləcək suallara cavablarla buradan tanış ola bilərsiniz.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...