ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsinə start verilir

Elm və Təhsil Nazirliyinin İnsan Resursları Mərkəzinin verdiyi məlumata görə, Avqustun 18-dən etibarən müəllimlərin işə qəbulu üzrə  müsahibə mərhələsinə start veriləcək. 


Müsahibələr Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov, 6/10) təşkil olunacaq. 

⬇️Fənlər üzrə müsahibə tarixləri aşağıda qeyd edilib:

✓ 18.08.2022 - Biologiya (Azərbaycan və rus bölməsi), İnformatika, Azərbaycan dili və Ədəbiyyat, Musiqi; 

✓ 19.08.2022 - İnformatika, Fransız dili (Azərbaycan və rus bölməsi), Biologiya, Azərbaycan dili və Ədəbiyyat, Tarix, Texnologiya, Təsviri incəsənət, Musiqi; 

✓ 20.08.2022 - Texnologiya, Rus dili, Musiqi (Azərbaycan və rus bölməsi), Tarix, Riyaziyyat, Təsviri incəsənət, İnformatika;

✓ 22.08.2022 - Texnologiya, Rus dili, Tarix (rus bölməsi), Coğrafiya, Riyaziyyat, Təsviri incəsənət, Musiqi; 

✓ 23.08.2022 - Texnologiya, Rus dili və Ədəbiyyatı, Təsviri incəsənət (rus bölməsi), Coğrafiya (Azərbaycan və rus bölməsi), Fiziki tərbiyə (Azərbaycan və rus bölməsi), Kimya (rus bölməsi), Riyaziyyat (rus bölməsi), İngilis dili, Musiqi; 

✓ 24.08.2022 - Fizika, Azərbaycan dili, Rus dili və Ədəbiyyatı, Texnologiya (rus bölməsi), İngilis dili (Azərbaycan və rus bölməsi), Fiziki tərbiyə, İbtidai sinif, Kimya, Musiqi; 

✓ 25.08.2022 - Fizika (Azərbaycan və rus bölməsi), İbtidai sinif (Azərbaycan və rus bölməsi), Azərbaycan dili, Alman dili (Azərbaycan və rus bölməsi), İngilis dili (Azərbaycan və rus bölməsi), Kimya, Fiziki tərbiyə. 

Qeyd: müsahibə ilə bağlı məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Müsahibə mərhələsində iştirak edən namizədlərə uğurlar arzulayırıq!

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...