ən son yayımlar

6/recent/ticker-posts

Header Ads Widget

Sertifikasiya ilə bağlı müəllimləri narahat edən suallara rəsmi cavab...

 

-“Sertifikasiya prosesinin 2-ci mərhələsindən keçid balını toplamayan təhsil işçiləri yenidən hər iki mərhələdə iştirak etməlidir?”;

-“Sertifikasiya ilə bağlı qeydiyyatdan keçmək üçün hansısa portal var?";

-"Bu il prosesdə hansı dəyişiklik var?”... 

 

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, bu il qaydalarda dəyişiklik edilməyib.


Sertifikatlaşdırma iki mərhələdən yəni, test və müsahibə mərhələsindən ibarətdir. Sertifikasiyanın test imtahanı zamanı müəllimlərə 120 dəqiqə vaxt verilir. Bu müddətdə onlar 60 suala (50 ixtisas, 10 metodika) cavab verməlidirlər.

Hər sualın düz cavabı 1 bal qiymətləndirlir. Səhv cavablandırılan suallar toplanan baldan çıxılmır.

Test mərhələsində azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə buraxılırlar. Müsahibə mərhələsində hər bir təhsilverənə 20 dəqiqə vaxt ayrılır.

Müsahibə mərhələsi müəyyən edilmiş meyarlar əsasında maksimum 40 (qırx) balla qiymətləndirilir.

 Müsahibə zamanı müəllimlərin aşağıdakı bacarıqları yoxlanılır:

- mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.

Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.

Müsahibə mərhələsində azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər. 


Sertifikatlaşdırmanın test imtahanı mərhələsində keçid balını toplamayan şəxslər təkrar sertifikatlaşdırmada iştirak etməlidir. 


Test imtahanında keçid balını toplayan, ancaq müsahibə mərhələsində uğur qazanmayan şəxslər isə yenidən müsahibə mərhələsində iştirak etməlidir.

 

Qaydalara görə, sertifikatlaşdırmanın keçirilmə yerini, vaxtını və ixtisasları Nazirlik müəyyən edir və altsistemdə yerləşdirir.

Yorum Gönder

0 Yorumlar

Sualınız var? Bizimlə WhatsApp vasitəsi ilə əlaqə yaradın
Salam, sizə necə kömək edə bilərik? ...
Söhbətə başlamaq üçün klikləyin...