Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı vaxtı açıqladı. Belə ki, iyun ayının sonlarında keçiriləcək test imtahanlarında iştirak edəcək namizədlərin şəxsi kabinetinə məlumat göndərilib.
20-23 iyun tarixlərində ibtidai sinif, 24 iyun tarixində isə Azərbaycan dili və Ədəbiyyat fənnini tədris edən müəllimlər sertifikatlaşdırma prosesinin test imtahanı mərləsinə cəlb olunacaqlar.
Müllimlər imtahanın yeri və vaxtı barədə portal.edu.az platformasından qeydiyyatdan keçərək "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla tanış ola bilərlər.
"Sertifikatlaşdırma” altsistemindən istifadə üçün hazırlanmış təlimat videosu ilə buraya klikləyərək tanış ola bilərsiniz.
Bundan əlavə, Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırma imtahanı üçün hazırlanmış qiymətləndirmə çərçivəsində mövzular qeyd edilmiş və əsərlərin tam şəkildə oxunması tövsiyyə edilmişdir.
Təsdiqlənən 5 əsəri aşağıda qeyd olunan versiyadan oxumağınız məqsədəuyğundur. Digər əsərlər isə dərslikdəki varianta uyğun olacaq.
Əsərlər:
1. Koroğlu dastanı- Həmzənin Qıratı qaçırması
2. C. Məmmədquluzadə- Anamın kitabı
3. C.Cabbarlı- Oqtay Eloğlu
4. S.Vurğun- Vaqif
5. İ.Əfəndiyev- Xurşidbanu Natəvan
0 Yorumlar